Rusiya liderinin hakimiyyətə olan hədsiz bağlılığı və yürütdüyü idarəetmə fəlsəfəsi xarici müşahidəçilər tərəfindən növbəti dəfə tənqid hədəfinə çevrilib. İddialara görə, dövlət başçısı artıq sıravi insanların gündəlik qayğılarından tamamilə təcrid olunub və özünü yalnız mütləq güc sahibliyi kontekstində təsəvvür edə bilir.
Postxronika.az xəbər verir ki, o, müasir siyasi gerçəklikləri rədd edərək atdığı addımları sırf keçmiş imperatorların işğalçı siyasəti ilə əsaslandırmağa çalışır. Xüsusilə Çar I Pyotr kimi tarixi fiqurların irsinə müraciət edən dövlət rəhbəri, faktiki olaraq başlatdığı bitməz hərbi kampaniyaların girovuna dönüşüb.