Böyük Britaniyanın siyasi rəhbərliyi hesab edir ki, Ukraynadakı hərbi əməliyyatların indiki məqamda dayandırılması gələcəkdə daha böyük qlobal fəlakətlərə zəmin yarada bilər. Rəsmi Londonun qənaətinə görə, tələsik atəşkəs əldə olunarsa, Moskva qısa müddətdə ordusunu bərpa edərək sənayesini yenidən qücləndirmək fürsəti qazanacaq.
Postxronika.az xəbər verir ki, potensial sülh sənədi Rusiyanın sürətlə yenidən silahlanmasına şərait yaradacağından bütün qitə üçün mövcud təhlükə potensialını bir qədər də artıracaq. Baş nazirin bu mövqeyi Qərb koalisiyasının münaqişəni sadəcə dondurmağa deyil, təcavüzkar ölkəni birdəfəlik zəiflətməyə maraqlı olduğuna açıq işarədir.