Hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının metal konstruksiyasının söküntü işləri aparılır. Buna görə də, “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, hərəkət məhdudlaşdırıldığı üçün sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələrinə yönləndirilirlər.
Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə yollarda sıxlığın yaranmaması və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Dövlət Yol Polisi tərəfindən zəruri tədbirlər görülür.