"ESPN" nəşri "Gradient Sports"un məlumatlarına əsasən, İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı və ən pis futbolçuların yenilənmiş reytinq cədvəlini dərc edib. Statistikaya görə, "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx cari mövsümdə topa nəzarət göstəricisinə əsasən hər kəsi qabaqlayıb.
Postxronika.az xəbər verir ki, idmançının xüsusilə təzyiq altında rəqib müdafiəçilərini asanlıqla keçmək qabiliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda o, ardıcıl ikinci ildir ki, dəqiq ötürmə reytinqində də liqanın vahid lideridir. Cari 2025/2026 mövsümündə bütün turnirlərdə 32 oyuna çıxaraq 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan niderlandlı oyunçunun "Transfermarkt" portalında hazırkı transfer dəyəri 90 milyon avro təşkil edir.