"Çelsi" və "Real"ın sabiq futbolçusu Eden Hazard karyerasını başa vurduqdan sonrakı həyatı barədə açıqlama verib. Belçikalı veteran zamanın çox sürətlə keçdiyini vurğulayaraq, stressiz həyatın hər anından zövq almağa çalışdığını bildirib.

Postxronika.az xəbər verir ki, keçmiş ulduz "The Guardian" nəşrinə müsahibəsində hazırkı günlərinin tamamilə sakit keçdiyini və vaxtını əsasən ailəsinə həsr etdiyini qeyd edib. Beş övlad atası olan sabiq yarımmüdafiəçi fəal idmançı olduğu dövrdəki daimi səyahətlərin bitdiyini, indi özünü futbolçudan daha çox taksi sürücüsünə bənzətdiyini söyləyib. Xatırladaq ki, Hazard peşəkar klub səviyyəsində çıxış etdiyi 623 matçda 167 dəfə fərqlənib və 153 məhsuldar ötürmə müəllifi olub.