Londonun "Arsenal" klubu yay transfer pəncərəsində heyətini "Leypsiq"in cinah yarımmüdafiəçisi Yann Diomande ilə gücləndirməyi planlaşdırır. İngiltərə təmsilçisi kot-d'ivuarlı idmançını Qabriel Martinellinin potensial əvəzedicisi kimi görür.

Postxronika.az xəbər verir ki, Almaniya klubu cinah oyunçusu üçün 100 milyon avroluq təklifi dəyərləndirməyə hazırdır. 2025-ci ilin yayından bəri bu komandanın şərəfini qoruyan futbolçunun hazırkı müqaviləsi 2030-cu ilin iyununda başa çatacaq. Cari mövsümdə 24 matça çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan Diomandenin "Transfermarkt"dakı təxmini dəyəri isə 45 milyon avro təşkil edir.