"Barselona"nın müdafiəçisi Jül Kunde növbəti yay transfer pəncərəsində komandasını dəyişməyə yaxındır. Kataloniya təmsilçisi fransız futbolçunu toxunulmaz hesab etsə də, 60-80 milyon avroluq cəlbedici təklif qarşılığında onun satışını dəyərləndirməyə hazırdır.

Postxronika.az xəbər verir ki, "Topskills Sports UK" nəşrinin məlumatına əsasən, 27 yaşlı arxa xətt oyunçusu ilə "Real" və "Çelsi" klubları yaxından maraqlanır. "Mavi-qırmızılar"la müqavilə müddəti 2030-cu ilə qədər olan idmançının "Transfermarkt" portalında təxmini dəyəri 65 milyon avro qiymətləndirilir. Cari mövsümdə bütün turnirlərdə 36 matça çıxan Kunde aktivinə 3 qol və 2 məhsuldar ötürmə yazdırıb.