Azərbaycanın enerji ixracı coğrafiyası genişlənməkdə davam edir.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, ötən il ölkəmizdən Suriya Ərəb Respublikasına böyük həcmdə təbii qaz ixrac olunub.
Rəsmi statistikaya əsasən, hesabat dövründə həyata keçirilən ixrac əməliyyatlarının ümumi dəyəri 120 milyon ABŞ dolları təşkil edib.
Enerji əməkdaşlığı genişlənir
Ekspertlər bu göstəricini iki ölkə arasındakı iqtisadi əlaqələrin, xüsusilə enerji sektorundakı əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirirlər. Suriya bazarına çıxış Azərbaycan qazının Yaxın Şərq regionunda mövqeyini gücləndirmək baxımından əhəmiyyətli hesab olunur.