Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək səviyyəli kadr dəyişikliyi baş verib. 

Postxronika.az Oxu.az-a istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanov tutduğu vəzifədən azad olunub.

Məlumata görə, icraçı direktorun səlahiyyətlərinin icrası müvəqqəti olaraq onun müavini Anar İsrafilova həvalə edilib.

Vəzifədən uzaqlaşdırılmanın səbəbi nədir?

Hələlik rəsmi qurumlar işdən çıxarılmanın dəqiq səbəblərini açıqlamayıblar. Lakin bəzi məlumatlara görə, bu qərar qurumda aparılan maliyyə yoxlamaları və aşkar edilmiş nöqsanlarla bağlı ola bilər. Qeyd edək ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabr ayından TƏBİB-in icraçı direktoru vəzifəsində çalışırdı.