ABŞ-nin Northwestern Medicine mütəxəssisləri tərəfindən aparılan araşdırma, yuxudan ən az üç saat öncə qida qəbulunu dayandırmağın ürək və metabolizm üçün olduqca faydalı olduğunu üzə çıxarıb.
Postxronika.az xəbər verir ki, tədqiqat çərçivəsində artıq çəkili şəxslərə 13-16 saatlıq gecə orucu tətbiq edilərək son yemək saatının orqanizmə təsirləri izlənilib. Kalori miqdarını dəyişmədən yalnız qidalanma vaxtını erkənə çəkən qrupda, gecə qan təzyiqi və nəbz dərəcəsinin nəzərəçarpacaq dərəcədə düşdüyü, qan şəkərinin isə tənzimləndiyi müşahidə edilib.
Mütəxəssislər vurğulayırlar ki, sirkadiyen ritmə/- uyğun hərəkət etmək orqanizmi Tip 2 diabet, qaraciyər yağlanması və ürək-damar xəstəlikləri riskindən sığortalayır. Bu üsul, xüsusilə risk qrupunda olan insanlar üçün pəhriz tərkibini dəyişmədən tətbiq edilə biləcək ən praktik sağlamlıq strategiyası kimi qiymətləndirilir. Elmi işin nəticələri nüfuzlu "Arteriosclerosis, Thrombosis, and Vascular Biology" jurnalında geniş işıqlandırılıb.