Fransa polisi Ceffri Epşteynlə əlaqəli təhqiqatlar çərçivəsində Parisdəki Ərəb Dünyası İnstitutuna basqın təşkil edib.
Postxronika.az Reuters-ə istinadla xəbər verir ki, Milli Maliyyə Prokurorluğu (PNF) keçmiş mədəniyyət naziri Jak Lanq və qızı Karolinə qarşı vergi fırıldaqçılığı şübhəsi ilə ön araşdırmalara başlayıb. 2013-cü ildən quruma rəhbərlik edən Lanq, səs-küllü sənədlərin ABŞ-da dərc edilməsindən sonra vəzifəsindən istefa verib. Sabiq nazir maliyyəçi ilə yazışdığını etiraf etsə də, hər hansı qanunsuz pul köçürməsi və ya mənfəət əldə etdiyini qətiyyətlə təkzib edir. Eyni zamanda, prokurorluq BMT sənədlərini Epşteynə ötürməkdə şübhəli bilinən diplomat Fabris Aidanla bağlı da təhqiqat aparır. Hazırda xüsusi istintaq qrupu milyonlarla yeni sənəd əsasında Avropadakı potensial cinayət işlərini araşdırmağa davam edir.