Türkiyə həndbolunun tanınmış simalarından biri, sabiq milli oyunçu Gökhan Aksu 52 yaşında dünyasını dəyişib.

Postxronika.az "Haber Global"a istinadən xəbər verir ki, idmançının vəfatı ilə bağlı Türkiyə Həndbol Federasiyası rəsmi başsağlığı yayıb.

Beşiktaşın əfsanəvi kapitanı

Gökhan Aksu karyerası ərzində "Beşiktaş" klubunun kapitanı olub və bu komandanın uğurlarında mühüm rol oynayıb. Eyni zamanda "Beşiktaş" klubunun konqres üzvü olan Aksu, idman camiasında həm peşəkarlığı, həm də xarakteri ilə böyük hörmət qazanmışdı.

"Beşiktaş" klubu da keçmiş kapitanının vəfatı ilə bağlı kədərini ifadə edən bəyanat yayaraq onun xatirəsinin daima yaşayacağını bildirib.