Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 16-da ölkə ərazisində 31 yeni cinayət hadisəsinin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 4 faktın açılması təmin edilib.
Postxronika.az xəbər verir ki, müxtəlif səbəblərdən axtarışda olan ümumilikdə 140 nəfər, o cümlədən 112 borclu şəxs saxlanılaraq müvafiq qurumlara təhvil verilib. Keçirilən əməliyyatlar nəticəsində narkotiklərlə bağlı 14, qanunsuz silah-sursatın aşkarlanması istiqamətində isə 30 fakt qeydə alınıb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər zamanı qanunazidd əməllər törətməkdə şübhəli bilinən daha 31 nəfər tutulub. Hazırda bütün faktlar üzrə araşdırmalar davam etdirilir.