Polis əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində fevralın 16-da itkin düşmüş şəxslərin yeri müəyyən edilib.
Postxronika.az xəbər verir ki, ailə üzvlərinə xəbər vermədən yaşadıqları ünvanı tərk etdikləri üçün axtarışa verilən 4 nəfər sağ-salamat tapılıb. Tapılan şəxslər dərhal müvafiq qaydada aidiyyəti üzrə təhvil veriliblər. Hazırda bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.