Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, fevralın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 7 qumbara, 2 alışdırıcı, 28 tüfəng, 12 patron darağı və 1177 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.