Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın zamanı sakinlərin təxliyəsi prosesində polis əməkdaşları fəal iştirak ediblər.
Postxronika.az xəbər verir ki, polis əməkdaşlarından biri özünə məxsus əleyhqazı vətəndaşa verərək onun tüstüdən zəhərlənməsinin qarşısını alıb.