"Jirona"nın gənc yarımmüdafiəçisi Klaudio Eçeverri "Barselona"ya qarşı keçirdikləri matçda referinin kobud səhvə yol verdiyini etiraf edib.
Postxronika.az xəbər verir ki, 20 yaşlı hücumameyilli oyunçu rəqib müdafiəçi Jül Kundenin ayağını tapdalasa da, ədalət təmsilçisinin bu qayda pozuntusunu görməzdən gəldiyini bildirib. O, sürətlə qaçarkən toqquşmanın təsadüfən baş verdiyini, lakin cərimə təyin olunacağı təqdirdə qərarı anlayışla qarşılayacağını vurğulayıb. Qeyd edək ki, cəzasız qalan bu insident görüşün həlledici anında, məhz "Jirona"nın 86-cı dəqiqədə vurduğu qalibiyyət qolundan saniyələr öncə yaşanıb. Xatırladaq ki, gərgin keçən qarşılaşmada hesabı "Barselona"nın futbolçusu Pau Kubarsi açsa da, rəqib komanda əzmkar geridönüş edərək yekunda 2:1 hesablı zəfər qazanıb.