Paytaxtın Nəsimi rayonu, Moskva prospektindəki avtobus dayanacağında oğurluq hadisəsi baş verib. Sərnişinlərdən biri avtobusa minən zaman çantasını dayanacaqda unudub. Bundan istifadə edən naməlum şəxs isə orada qalan çantanı talayaraq içərisindəki 1200 manat dəyərində qızıl-zinət əşyasını götürüb və hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən 22 yaşlı H.Məmmədov müəyyən edilərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarından postxronika.az-a verilən məlumata görə, paytaxtın Yeni Ramana qəsəbəsində də analoji hadisə qeydə alınıb. Belə ki, qəsəbədəki evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və onun həmyaşıdı İ.Cənnətov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Hazırda hər iki fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.