İctimai institutların fəaliyyətini tənqidi şəkildə əks etdirən ekran işləri ilə tanınan "Oskar" mükafatlı sənədli film rejissoru Frederik Vaysman 96 yaşında dünyasını dəyişib. Bu barədə sənətçinin 1971-ci ildə əsasını qoyduğu "Zipporah Films" şirkəti məlumat yayıb.
Postxronika.az xəbər verir ki, əvvəllər hüquq professoru olmuş Vaysman 1967-ci ildən bəri demək olar ki, hər il yeni bir layihə ərsəyə gətirib. Onun cəmiyyətdəki etik və sosial problemləri işıqlandıran əsərləri kinematoqrafiya tarixində dərin iz buraxıb. 2016-cı ildə fəxri "Oskar"a layiq görülən mərhum kinematoqrafçının 50-ci ekran işi isə 2023-cü ildə Venesiya Kino Festivalında nümayiş olunub.