"Xaç atası" və "Qiyamət" kimi filmlərdəki unudulmaz rolları ilə yadda qalan yeddiqat "Oskar" namizədi, amerikalı aktyor Robert Düvall 95 yaşında vəfat edib. Mərhumun həyat yoldaşının verdiyi açıqlamaya görə, sənətçi Virciniyadakı rançosunda dünyasını dəyişib.


Postxronika.az xəbər verir ki, tanınmış kinematoqrafçının ölümü sənət dünyasında dərin kədərlə qarşılanıb. Onunla eyni ekran işlərini bölüşən Al Paçino və Robert De Niro kimi ulduzlar, eləcə də digər həmkarları bu böyük itkidən sarsıldıqlarını dilə gətiriblər. Eyni zamanda, məşhur aktyorun sonuncu dəfə rol aldığı "Solğun mavi göz" (The Pale Blue Eye) filminin rejissoru Skott Kuper də ustad sənətkara öz ehtiramını ifadə edib.