Çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda "Qalatasaray" evdə "Yuventus" ilə qarşılaşdı.


"Cim-bom" 15-ci dəqiqədə Qabriel Saranın qolu ilə hesabda önə keçsə də italyanlar 16-cı dəqiqədə Kupmaynersin qolu ilə hesabı bərabərləşdirə bildilər.


32-ci dəqiqədə McKeynin ötürməsini qola çevirən Kupmayner "Qoca Sinyora"nı 1-2 hesabı ilə önə keçirdi. İstanbul təmsilçisi Noa Langın qolu ilə 49-cu dəqiqədə hesabı 2-2 etməyi bacardılar. 

Oyunun 67-ci dəqiqəsində Turin təmsilçisinin sol cinah yarımmüdafiəçisi Xuan Kabal 2-ci sarı vərəqini görərək oyundan kənarlaşdırıldı.


Oyunun 60-cı dəqiqəsində Qabriel Saranın cərimə zərbəsindən gələn ötürməni başla üç dirək arasından keçirən Davinson Sanchez "aslanlar"ı hesabda önə keçirdi.


75-ci dəqiqədə "Qalatasaray"ın niderlandlı ulduzu Lang komandasının 4-cü qolunu vuraraq dubla imza atdi.


86-cı dəqiqədə Viktor Osimhenin ötürməsində Saşa Boey İstanbulluların 5-ci qoluna imza atdı.


Hüseyn Rəşadoğlu