Çilili rejissor Xuan Pablo Sallatonun "Qırmızı anqar" (The Red Hangar) adlı ilk bədii filminin dünya premyerası nüfuzlu Berlin Beynəlxalq Film Festivalında baş tutub.

Postxronika.az xəbər verir ki, 1973-cü il hərbi çevrilişi dövründən bəhs edən ekran işi Hərbi Hava Qüvvələrinin zabiti Xorxe Silva’nın həyatını dəyişən çətin sınağı hədəfə alır. Baş qəhrəman gənc kursantları yetişdirdiyi akademiyanı həbs və işgəncə mərkəzinə çevirmək məcburiyyətində qalaraq, vicdanı ilə verilən əmrlər arasında seçim etməli olur. Ağ-qara formatda çəkilən bu psixoloji triller Fernando Villagra’nın avtobioqrafik xronikası və real hadisələr əsasında lentə alınıb. Baş rolda Nikolas Zarate’nin çıxış etdiyi kinolent insan haqlarının pozulması və mənəvi dilemmalar fonunda humanizm axtarışını nümayiş etdirir.