Bakının Suraxanı rayonu ərazisində, Aeroport şosesində aparılacaq texniki işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkət qrafikində dəyişiklik ediləcək.

Postxronika.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, fevralın 21-də "Buta Palace" yaxınlığındakı elektron tablolarda son tamamlama işləri görüləcək. Bu səbəbdən Hava limanından şəhərə doğru saat 00:00-dan 05:45-dək, əks tərəfə isə 02:00-dan 05:15-dək yol bağlanacaq. Xüsusilə saat 02:30-dan 05:15-ə kimi hər iki istiqamətdə hərəkət tam dayandırılaraq avtomobillər alternativ marşrutlara yönləndiriləcək. Sürücülərə Mərdəkan şosesindən gələrkən Zığ yolundan, şəhərdən çıxışda isə 8 Noyabr prospekti və ya Suraxanı rayonunun daxili küçələrindən istifadə etmək tövsiyə olunur.