Müqəddəs Taxt-Tac ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında iştirak etməyəcəyini rəsmən bəyan edib. Bu barədə fevralın 18-də Vatikanın dövlət katibi kardinal Pyetro Parolin məlumat verib. Rəsmi nümayəndə vurğulayıb ki, beynəlxalq böhranların idarə edilməsi missiyası Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus olmalıdır.Tarixdə ABŞ-dən seçilən ilk pontifik olan Papa Leo Tramp administrasiyasının bəzi siyasi addımlarını açıq şəkildə tənqid edir.

Postxronika.az xəbər verir ki, Roma Papası hələ yanvar ayında sözügedən Şuraya üzv olmağa dəvət edilmişdi, lakin bu təklif qəbul edilməyib.

Qeyd edək ki, D.Tramp ötən ilin oktyabrında Qəzza zolağında atəşkəs əldə olunmasına nail olmuşdu. Ağ Ev rəhbərinin təklif etdiyi plana əsasən, yeni yaradılacaq Şura Qəzzanın müvəqqəti idarəçiliyini öz üzərinə götürməli idi.