Bakının Yasamal rayonunda külli miqdarda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs mənzillərdən birinə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb və hadisə yerindən qaçıb.
Postxronika.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan 27 yaşlı Emin Məmmədov təsadüfi biri deyil – o, illər öncə məhz elə həmin binadakı başqa bir mənzildən oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
İstintaq zamanı E.Məmmədovun əldə etdiyi qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı üzə çıxıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.