CPH:DOX – Copenhagen International Documentary Film Festival 2026-cı il proqramını təqdim edərək builki buraxılışı “dəli olmuş dünyaya ikinci baxış” kimi xarakterizə edib. Tədbirə fransız aktrisa Juliette Binoche qatılacaq və rejissor debütü ilə yanaşı yaradıcılıq prosesi barədə xüsusi görüş keçirəcək.
Postxronika.az xəbər verir ki, festivalda sənədli film müəllifləri John Wilson və Louis Theroux də iştirak edəcək. Festivalın bədii rəhbəri Niklas Engstrøm proqramın qlobal siyasi gərginliklərdən süni intellektə, iqlim böhranından demokratiyanın vəziyyətinə qədər geniş mövzuları əhatə etdiyini bildirib.
Tədbir martın 11-dən 22-dək keçiriləcək.