​"Qarabağ"ın və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə son matçda meydanı vaxtından əvvəl tərk edib.

Postxronika.az xəbər verir ki, təcrübəli oyunçu qarşılaşma zamanı zədə aldığı üçün mübarizəni davam etdirə bilməyib. Həkimlərin ilkin müdaxiləsindən sonra futbolçunun vəziyyətinin ciddi ola biləcəyi ehtimal edilir.

Hazırda idmançının səhhəti ilə bağlı dəqiq müayinələrin nəticələri gözlənilir.