Rusiyalı idman şərhçisi Aleksandr Yelagin İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan "Vulverhempton" - "Arsenal" (2:2) qarşılaşması ilə bağlı təəssüratlarını bölüşüb. O, özünün "Telegram" kanalında iki top fərqi ilə öndə olan London təmsilçisinin yekunda xal itirməsini məğlubiyyətə bərabər və lider üçün faciəvi nəticə kimi qiymətləndirib.

Postxronika.az xəbər verir ki, mütəxəssis ikinci hissədə meydan sahiblərinin təzyiqi qarşısında qonaqların aşkar şəkildə zəiflədiyini və üstünlüyü qoruya bilmədiyini vurğulayıb. Yelagin xüsusilə Qabrielin qapıçı Rayaya mane olmasını məntiqsiz adlandıraraq, buraxılan absurd qolda qolkiperin də günahkar olduğunu, belə gərgin anlarda müdafiəçiləri cərimə meydançasından kənarlaşdırmalı olduğunu bildirib. Şərhçinin fikrincə, bu xal itkisindən sonra ayın 21-də "Nyukasl"ı qəbul edəcək "Mançester Siti" aradakı fərqi ikiyə endirərək çempionluq yarışında intriqanı daha da artıra bilər.