"Bavariya"nın baş məşqçisi Vinsent Kompani kluba yeni futbolçuların cəlb olunması ilə bağlı suallara aydınlıq gətirib.
Postxronika.az xəbər verir ki, belçikalı mütəxəssis əsas vəzifəsinin sərəncamında olan yetirmələrini dəyərləndirmək olduğunu və transfer proseslərinə digər rəhbər şəxslərin cavabdehlik daşıdığını bildirib.
Məşqçi Harri Keyn, Maykl Olise və Camal Musiala kimi yüksək səviyyəli ulduzlara sahib olduqlarını vurğulayaraq, yay pəncərəsindəki yenilikləri zamanı gələndə görəcəklərini qeyd edib.
Hazırda Münhen təmsilçisi Almaniya Bundesliqasında 22 turdan sonra 57 xalla vahid liderdir və ən yaxın izləyicisi "Borussiya Dortmund"u altı xal qabaqlayır.
Komandanın növbəti sınağı fevralın 21-də daxili çempionat çərçivəsində "Ayntraxt Frankfurt"a qarşı olacaq.
Eyni zamanda, Almaniya nəhəngi UEFA Çempionlar Liqasının ümumi cədvəlində səkkiz oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb.