Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum edilmiş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar. Onlardan ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana müsadirə edilib.
Postxronika.az xəbər verir ki, adıçəkilən şəxslərin sosial şəbəkələr üzərindən narkotiklərin onlayn satışını həyata keçirdikləri müəyyənləşib. Şöbənin həyata keçirdiyi digər əməliyyatlarla qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər yaxalanaraq məsuliyyətə cəlb edilib. Saxlanılanlardan biri, sabiq məhkum Tural Məmmədovun paytaxtdakı binaların girişlərindən su sayğacları oğurladığı da aşkarlanıb. Hazırda sadalanan faktlarla bağlı müvafiq hüquqi araşdırmalar davam etdirilir.