İngiltərənin “Liverpul” futbol klubu "Nyukastl"ın sol cinah oyunçusu Antoni Qordon ilə maraqlanır.

Postxronika.az xəbər verir ki, klub Qordonun keçidi üçün böyük məbləğdə təklif hazırlaya bilər. 24 yaşlı vinger bu mövsüm avrokuboklarda "Qarabağ" FK ilə oyunda xüsusilə fərqlənib. Qordon həmin qarşılaşmada 4 dəfə məhsuldar epizodla (qol/məhsuldar ötürmə) yadda qalıb.