ABŞ Prezidenti Donald Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu bildirib: "Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi".

Postxronika.az AzərTAC-a istinadən xəbər verir ki, Amerika lideri bu sözləri Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasındakı çıxışı zamanı deyib.

Çıxışında doqquzuncu münaqişənin də həllinə nail olacaqlarını vurğulayan Tramp əlavə edib: “Düşünürdük ki, o ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.