ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan barədə danışarkən onların dostlaşdıqlarını vurğulayıb: "Onlar yaxşı insandırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar".
Postxronika.az AzərTAC-a istinadən xəbər verir ki, Amerika lideri bu sözləri Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında söyləyib.
İki çox vacib ölkə arasında sülh əldə edildiyini bildirən ABŞ Prezidenti bunu heç vaxt unutmayacağını qeyd edib: “Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. ...Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”.