Böyük Britaniya kralı III Çarlzın qardaşı, sabiq şahzadə Endrü 66 yaşının tamam olduğu gün dövlət qulluğunda vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib.
Postxronika.az xəbər verir ki, onun həbsi vaxtilə Böyük Britaniyanın ticarət elçisi kimi çalışarkən məxfi hökumət məlumatlarını cinsi cinayətlərdə təqsirləndirilən mərhum Ceffri Epşteynlə bölüşməsi iddiaları ilə əlaqədardır. Sabiq şahzadə səhər saatlarında Norfolkdakı Sandringem malikanəsində saxlanılıb və hazırda polislər müxtəlif ünvanlarda axtarışlar aparırlar. Kral III Çarlz qardaşının həbsinə münasibət bildirərək, "qanun öz işini görməlidir" deyə açıqlama verib.