Yasamal rayonunda fəaliyyət göstərən özəl müəssisələrin birindən 10 000 manat dəyərində təmir-tikinti materiallarının oğurlanması faktı ilə bağlı polis əməliyyat keçirib.
Postxronika.az xəbər verir ki, qabaqcadan əlbir olaraq bu cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər əslində elə həmin şirkətin işçiləridir və onlar bir neçə ay ərzində anbardakı malları hissə-hissə çıxararaq kənar şəxslərə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.