Milli Məclis elektron siqaretlərin istifadəsi, dövriyyəsi və satışı ilə bağlı qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Postxronika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qadağan olunmuş ictimai yerlərdə və küçələrdə elektron siqaretdən istifadə edənlər 30 manat məbləğində cərimə olunacaqlar. Bununla yanaşı, elektron siqaretlərin və onların hissələrinin qanunsuz idxalı, istehsalı və satışı ilə məşğul olanları daha ağır sanksiyalar gözləyir: bu növ mallar müsadirə edilməklə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1650-2200 manat, hüquqi şəxslər isə 4000-5000 manat məbləğində cərimə ediləcəklər. Parlamentin plenar iclasında müzakirə edilərək dəstəklənən bu layihənin, yekun qəbuldan sonra cari ilin aprelin 1-dən etibarən qüvvəyə minməsi planlaşdırılır.