Yeni dünya düzəni sürətlə formalaşdığı bir vaxtda Almaniya öz mövqeyini ortaya qoymalı, daha böyük məsuliyyət götürməlidir.
Postxronika.az xəbər verir ki, bunu kansler Fridrix Merts fevralın 20-də CDU partiyasının milli qurultayının açılışında deyib.
"Bildiyimiz, qaydalara əsaslanan beynəlxalq nizam artıq mövcud deyil", – Merts Ştutqartda CDU üzvlərinə bildirib.
"Bu, vahid Avropada Almaniya üçün yeni böyük strategiyanın formalaşması ilə nəticələnəcək. Cəsarət göstəririk, gələcəyi formalaşdırmaq, mövqeyimizi ortaya qoymaq cəsarəti", – o vurğulayıb.