Dünya futbolunun ulduzu Neymar karyerasının sonuna yaxınlaşdığını və yaxın vaxtlarda peşəkar futbolla vidalaşa biləcəyini etiraf edib.
Postxronika.az xəbər verir ki, braziliyalı hücumçu bu ilin həm "Santos", həm də Braziliya millisi üçün çox həlledici olduğunu, qarşıdakı Dünya Kubokuna böyük bir çağırış kimi baxdığını bildirib. Futbolçu qeyd edib ki, hər şey plana uyğun getsə, dekabrda karyerasını tamamilə yekunlaşdırmaq niyyətindədir. Hazırda gündəlik həyatına və fiziki formasına fokuslandığını deyən Neymar, gələcəkdə ürəyinin verəcəyi qərarın hər şeyi bəlli edəcəyini vurğulayaraq azarkeşlərinə karyerası ilə bağlı mühüm addımların siqnalını verib.