Rəsmi Budapeşt Kiyevin "Drujba" kəməri vasitəsilə Rusiya neftinin tranzitini kəsməsinə cavab olaraq Avropa İttifaqının bu ölkəyə ayırdığı 90 milyard avroluq yardım paketini dondurub.


Postxronika.az TASS-a istinadən xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto enerji tədarükü bərpa edilməyənə qədər sözügedən maliyyə vəsaitinin açılmayacağını vurğulayıb.


XİN rəhbəri qonşu dövlətin bu addımını Aİ ilə assosiasiya müqaviləsinin pozulması və şantaj cəhdi kimi qiymətləndirib. O, rəsmi Kiyevi Brüssel və yerli müxalifətlə əlbir olaraq yanacağın qiymətini süni şəkildə qaldırmaqda günahlandırıb. Siyarto vergi ödəyicilərinin vəsaitinin münaqişəni uzatmağa xərclənməsinə qətiyyən imkan verməyəcəklərini bəyan edib. Xatırladaq ki, yanvarın 27-dən etibarən əsas boru xətti ilə xammal nəqli dayandığından, hökumət alternativ olaraq Xorvatiyadan dəniz marşrutu vasitəsilə tranzitə icazə istəyib.