ABŞ Ali Məhkəməsi prezident Donald Trampın genişmiqyaslı gömrük tarifləri tətbiq etmək səlahiyyətini məhdudlaşdıran qəti qərar qəbul edib.
Postxronika.az xarici mətbuata istinadən xəbər verir ki, hakimlər 1977-ci il tarixli müvafiq qanunun dövlət başçısına belə geniş hüquqlar vermədiyini və rüsumların yalnız Konqres tərəfindən müəyyənləşdirilə biləcəyini qərara alıblar.
Məhkəmənin bu addımından qəzəblənən Ağ Ev rəhbəri təcili mətbuat konfransı keçirərək, başqa hüquqi vasitələrlə on faizlik yeni qlobal vergilər tətbiq edəcəyini bildirib. İcra hakimiyyətinin fəaliyyətinə qarşı yönəlmiş bu yoxlama tədbiri rəsmi Vaşinqtonun xarici ticarət tərəfdaşlarına qarşı təzyiq imkanlarını xeyli zəiflədir. Bununla yanaşı, ABŞ hökumətinin son bir ildə topladığı külli miqdarda tarif gəlirlərinin böyük hissəsini geri qaytarmaq məcburiyyətində qalması riski də yaranıb. Prezidentin təkbaşına qərarlarla ağır iqtisadi sanksiyalar tətbiq etməsi dövrü artıq geridə qaldığından, administrasiya öz addımlarını əsaslandırmaq üçün daha məhdud alternativlərlə kifayətlənməli olacaq.