"Türkiyə Aviasiya və Kosmik Sənayesi" (TUSAŞ) Milli Döyüş Təyyarəsi olan KAAN-ın ilk uçuşunun ikinci ildönümü münasibətilə qürurverici görüntülər paylaşıb.
Postxronika.az xəbər verir ki, yayımlanan xüsusi videoda layihə çərçivəsində hazırlanan üç fərqli prototip ilk dəfə yanaşı nümayiş etdirilib. Təqdimatda texnologiya nümayişi üçün nəzərdə tutulan P0, havaya qalxan P1 və yerüstü sınaqlarda istifadə ediləcək TBST-P modelləri yer alıb.
Bu paylaşım Türkiyənin beşinci nəsil qırıcı proqramında əldə etdiyi sürətli texnoloji tərəqqinin və istehsal gücünün göstəricisi kimi qiymətləndirilir. Hazırda prototiplərin müxtəlif sınaq mərhələləri uğurla davam etdirilir.