​"Axios" portalının təhlilinə əsasən, İranın Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatına və siyasi arenaya ciddi təsir göstərə bilər.

Postxronika.az xəbər verir ki, belə bir ssenaridə neftin qiymətinin barel başına 90 dolları keçəcəyi, ABŞ-da isə benzinin qallonunun 3 dollardan xeyli baha olacağı proqnozlaşdırılır. Bu artım seçki ərəfəsində olan Respublikaçılar üçün mənfi göstərici hesab olunsa da, prosesin İranın öz ixracına və Çinin idxalına da ziyan vuracağı qaçılmazdır.

​Ehtimal olunan müharibə şəraitində Fars körfəzi ölkələrinin neft infrastrukturu hədəf alınarsa, qiymətlərin rekord həddə — 130 dollara qədər yüksəlməsi gözlənilir. Ekspertlər bu cür gərginliyin qlobal enerji bazarında tarixi dalğalanma yaradacağını bildirirlər.