''Paramount Pictures'' məşhur franşizanın yeni hissəsinin buraxılış tarixini irəli çəkib. Film əvvəl planlaşdırıldığı kimi sentyabrda deyil, 13 avqust 2027-ci ildə nümayiş olunacaq. Layihə 2023-cü ildə təqdim edilən ''Teenage Mutant Ninja Turtles: Mutant Mayhem'' filminin davamıdır. Yumor və fərqli animasiya üslubu ilə seçilən əvvəlki ekran işi dünya üzrə 181,9 milyon dollar gəlir əldə etmişdi.


Postxronika.az xəbər verir ki, davam filmini yenidən Jeff Rowe çəkəcək, prodüserlər sırasında isə Seth Rogen və Evan Goldberg yer alır. Süjet və obraz heyəti barədə detallı məlumat hələ açıqlanmayıb. Rejissor daha əvvəl bildirib ki, ilk filmdə əsas cani Şredderin yer almaması hekayənin yeni nəsil qəhrəmanların təqdimatına fokuslanması ilə bağlı idi. Onun sözlərinə görə, daha “güclü” rəqiblər seçilməsi süjetin balansını qorumağa kömək edib.


Studiyanın rəhbəri David Ellison klassik franşizanı daha geniş şəkildə inkişaf etdirməyi planlaşdırır. Əsası 1984-cü ildə Peter Laird və Kevin Eastman tərəfindən yaradılan ''Teenage Mutant Ninja Turtles'' seriyası üzrə yeni layihələr hazırlanır. Onların arasında ''Sonic the Hedgehog'' filmləri üslubunda canlı çəkiliş və CGI qarışığı olan yeni ekran işi də var. Bundan əlavə, gənc tamaşaçılar üçün ''Teeny Mutant Ninja Turtles'' serialı hazırlanır və tematik pizza restoranlarının açılması planlaşdırılır; ilk məkanlardan biri Santa Monica şəhərində fəaliyyətə başlaya bilər.