Vaşinqton üçün Tehrana qarşı hərbi əməliyyatlara başlamaq Karakasla müqayisədə qat-qat çətin və riskli hesab olunur. Ekspertlərin fikrincə, asan və itkisiz həll yolunun olmaması, xüsusən də seçki ilində amerikalıların həyatını təhlükəyə atmaq ehtimalı Ağ Evin qərarlarına ciddi təsir göstərəcək.

Postxronika.az "New York Times" nəşrinə istinadən xəbər verir ki, İslam Respublikasının Yəmən və Livandakı müttəfiqləri bölgədəki qərb bazalarına sarsıdıcı zərbələr endirmək gücündədir.

Eyni zamanda, son hərbi toqquşmalarda İranın İsrailin strateji obyektlərini, o cümlədən Hayfa limanını və Tel-Əvivin maliyyə mərkəzini dəqiqliklə vurması onların hava hücumundan müdafiə sistemlərini yarmaq bacarığını sübut edib.

Bu səbəbdən, ehtimal edilən hər hansı irimiqyaslı toqquşma Birləşmiş Ştatları Yaxın Şərqdə uzunmüddətli və fəlakətli böhrana sürükləyə bilər.