İtaliya A Seriyasının 26-cı turunda "Komo"ya 0:2 hesabı ilə məğlub olan "Yuventus" qara zolaqdan çıxa bilmir. Bununla da Turin təmsilçisi, bütün turnirlər daxil olmaqla, ardıcıl beşinci matçında qələbəyə həsrət qalıb.

Postxronika.az xarici mətbuata istinadən xəbər verir ki, "qoca sinyora" bundan əvvəl ölkə kubokunda "Atalanta"ya (0:3), çempionatda "İnter"ə (2:3) uduzub, "Latsio" ilə heç-heçə (2:2) edib və Çempionlar Liqasında "Qalatasaray"a (2:5) boyun əyib. Hazırda aktivində 46 xal olan komanda turnir cədvəlində beşinci pillədə qərarlaşıb. "Ağ-qaralar" bir ehtiyat oyunu olan lider "İnter"dən 15 xal geri qalır.