ABŞ Prezidenti Donald Tramp dünya miqyasında idxal məhsullarına tətbiq edilən rüsumları 10 faizdən 15 faizə qaldırmaq qərarına gəlib. Dövlət başçısı bu barədə özünün "Truth Social" şəbəkəsində məlumat yayıb və artırılmış yeni vergi dərəcələrinin qısa müddətdə qüvvəyə minəcəyini vurğulayıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu addım ABŞ Ali Məhkəməsinin prezidentin səlahiyyətlərini aşması barədə çıxardığı hökmdən dərhal sonra atılıb. Belə ki, ali instansiya fövqəladə iqtisadi qanun çərçivəsində tətbiq olunan əvvəlki tariflərin qanunsuz olduğuna qərar versə də, Ağ Ev rəhbəri yeni göstəricilərin hüquqi baxımdan tam əsaslandırıldığını iddia edir. Prezident administrasiyasının açıqlamasına əsasən, bütün ölkələrdən gətirilən mallar üçün nəzərdə tutulan əlavə rüsumlar fevralın 24-dən etibarən 150 gün müddətində tətbiq ediləcək.