Slovakiyanın Baş naziri Robert Fiko rəsmi Kiyev "Drujba" kəməri ilə neft tranzitini bərpa etməyəcəyi təqdirdə, fevralın 23-dən etibarən Ukraynaya elektrik enerjisi verilişinin dayandırılacağını bəyan edib. Hökumət rəhbəri qonşu dövlətin bu addımını düşmənçilik kimi qiymətləndirərək, ikitərəfli münasibətlərin yalnız bir tərəfin xeyrinə işləyə bilməyəcəyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, tranzitin kəsilməsi rəsmi Bratislavaya böyük miqdarda maliyyə ziyanı vurduğundan, dövlət Avropa İttifaqının Kiyevə ayırdığı 90 milyard avroluq hərbi krediti bloklamaq qərarını da tam dəstəkləyir. Qeyd edək ki, təkcə bu ilin yanvar ayında Ukraynanın daxili sistemini sabitləşdirmək üçün ötən ilin ümumi göstəricisindən iki dəfə çox elektrik enerjisi tələb olunub. Yaranmış gərginlik fonunda, Macarıstan və Slovakiya artıq qonşu ölkəyə dizel yanacağı tədarükünü tamamilə dondurub.