Maykl Lynton vaxtilə rəhbərlik etdiyi ''Sony Pictures Entertainment'' dövründə çəkilən ''The Interview'' filmini karyerasının ən böyük səhvi adlandırıb. O, xatirələrində layihəyə yaşıl işıq yandırmasının sonradan ağır nəticələrə səbəb olduğunu bildirib. Lynton bu barədə ''From Mistakes to Meaning'' adlı memuarında yazıb. Kitabdan parçalar isə ''The Wall Street Journal'' tərəfindən dərc olunub. Film Şimali Koreya lideri Kim Jong Una sui-qəsd planını satirik şəkildə təsvir etdiyi üçün qalmaqal yaratmışdı və baş rollarda Seth Rogen ilə James Franco çəkilib.
Postxronika.az xəbər verir ki, 2014-cü ildə şirkətə qarşı kiberhücum nəticəsində serverlərin böyük hissəsi sıradan çıxıb və məxfi məlumatlar sızdırılıb. Hadisə ilə bağlı araşdırma aparan FBI hücumun arxasında böyük ehtimalla Şimali Koreyanın dayandığını müəyyən edib. Təhlükə səbəbindən film ABŞ-də böyük kinoteatr şəbəkələrinin proqramından çıxarılmışdı. Lintonun sözlərinə görə, qalmaqal studiyanın sənaye daxilində münasibətlərinə də zərbə vurub və bir sıra tanınmış simalarla əlaqələr zəifləyib, o cümlədən Uil Smit ilə əməkdaşlıq təsirlənib.
ABŞ-nin keçmiş prezidenti Barak Obama da ona zəng edərək belə süjet seçiminin yanlış olduğunu bildirib. Linton etiraf edib ki, filmi təsdiqləmək qərarı tələsik verilib və o zaman başqalarının fikirlərinə uyğunlaşmaq istəyi onun peşəkar mühakiməsinə üstün gəlib. O, nəticədə bu qərarın şirkətə, əməkdaşlara və özünə ciddi zərər vurduğunu vurğulayıb.