Mark Ruffalo rejissor James Cameronun ''Netflix''in ''Warner Bros. Discovery''ni alma planına qarşı çıxmasını tənqid edib.
Postxronika.az xəbər verir ki, Aktyor sosial şəbəkədə bildirib ki, eyni məntiq ''Paramount'' tərəfindən mümkün satınalma üçün də tətbiq olunmalıdır.
Onun sözlərinə görə, əgər söhbət bazarın monopoliyalaşması riskindən gedirsə, bu narahatlıq bütün tərəflərə eyni dərəcədə şamil edilməlidir. Ruffalo bu sualın kino ictimaiyyəti üçün vacib olduğunu vurğulayıb və məsələ ilə bağlı açıq mövqe tələb edib.
O, fikirlərini dünya üzrə minlərlə kino yaradıcılarının adından səsləndirdiyini qeyd edib.
Mübahisə Cameronun ABŞ senatoru Mayk Liiyə ünvanladığı məktubdan sonra geniş rezonans doğurub.
Rejissor məktubunda sövdələşmənin kinoteatrlarda film nümayişi modelinə zərər verə biləcəyini iddia edib.
Şirkətin həmsədri Ted Sarandos isə bu ittihamları təkzib edərək, kinoteatr nümayişlərinin davam edəcəyini bildirib. O, ''The Claman Countdown'' verilişinə müsahibəsində rejissorun iddialarını “yanlış təqdimat” adlandırıb.
Sarandos həmçinin filmlərin kinoteatrlarda ənənəvi nümayiş müddətinin qorunacağını vurğulayıb. O, rəsmi məktubla da Cameronun mövqeyinə cavab verərək studiyanın kinoteatr bazarına sadiq qaldığını bildirib.
Beləliklə, iri media şirkətləri ətrafında gedən mümkün birləşmə prosesi kino sənayesində ciddi fikir ayrılığı yaradıb.