ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya xəstəxana gəmisi göndərmək təşəbbüsü muxtar ərazi rəhbərliyi tərəfindən rədd edilib. 

Postxronika.az xəbər verir ki,  Ağ Ev rəhbəri sosial şəbəkə hesabında adadakı sakinlərin lazımi tibbi yardım ala bilmədiyini iddia edərək, oraya xüsusi gəmi yollayacağını bildirmişdi.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bu təklifi geri çevirərək, vətəndaşları üçün pulsuz və yüksək səviyyəli ictimai səhiyyə sisteminin mövcud olduğunu diqqətə çatdırıb.

Həmçinin, Danimarka rəsmiləri də adanın tibbi ehtiyaclarının tam qarşılandığını vurğulayaraq, amerikalı liderin fikirlərini əsassız adlandırıblar.

Hazırda 60 mindən az əhalisi olan bölgədə altı xəstəxana fəaliyyət göstərir və zərurət yarandıqda xəstələrin Kopenhagendə müalicəsi təmin olunur.